tehsil_xeberleri_metn Abituriyentlərin ixtisas seçimləri və yerli müəssəlrimizdə tələbatlar…

Abituriyentlərin ixtisas seçimləri və yerli müəssəlrimizdə tələbatlar…

Abituriyentlərin ixtisas seçimləri və yerli müəssəlrimizdə tələbatlar…

Bu gün bir çox hallarda ali təhsil almış gənclər yaxşı iş və ya ümumiyyətlə iş tapmaq problem ilə üz-üzə olduqlarını deyirlər. Maraqlıdır ki, elə müəssisələr də yaxşı işçi tapmaqda çətinlik çəkdiklərini tez-tez dilə gətirirlər. Bəs görəsən, bu cür vəziyyətin yaranmasının əsas səbəbi nədir?

Araşdırmalar göstərir ki, işəgötürənlərin üzləşdiyi əsas problem yaxşı mütəxəssis tapmaqdır. Publika.az yazır ki, məsələn, Ağsu rayonunda yerləşən "AzGranata" Şirə və Şərab Emalı Zavodunun Alkoqollu içkilər sektorunun direktoru Vüqar Mikayılov deyir ki, bir çox sənaye müəssisəsi kimi onlar da lazımi tələblərə cavab verən kadr tapmaqda ciddi çətinlik çəkirlər:

"Tək bizim yox, əksər istehsalat müəssisələrinin əsas problemi ixtisaslı kadr tapmaqdır. Bu problemi həll edə bilmədikdə isə yeganə çıxış yolumuz başqa ölkələrdən işçi gətirmək olur. Elə bizim zavodda hazırda üç xarici vətəndaş çalışır. Təbii ki, onlar yüksək əmək haqqı müqabilində gəlirlər. Bizə isə rəhbərlik tərəfindən tapşırıq verilib ki, savadlı və bacarıqlı yerli mütəxəssisləri işə götürək, irəli çəkək. Buna görə də gənclərimizi keyfiyyətli təhsil almağa, özlərini əsl mütəxəssis kimi yetişdirməyə dəvət edirəm.

Xüsusən də qida mühəndisliyi ixtisasının böyük perspektivi var. Azərbaycan Texnologiya Universiteti bu sahə üzrə 30 ildən artıqdır ki mütəxəssis hazırlayır. Mən özüm də bu ali təhsil ocağının məzunu kimi ATU-nun mövcud bazasını, ənənələrini və perspektivini yüksək qiymətlədirirəm. Tələbələri də bu imkanlardan maksimum yararlanmağa çağırıram. Biz ATU-da qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələblərə istehsalat təcrübəsi keçmək üçün hər cür şərait yaratmağa, onları tətillərdə ödənişli işə cəlb etməyə, hətta müəssisəmizin hesabına xaricə təcrübəyə göndərməyə hazırıq. Təbii ki, yaxşı mütəxəssisləri gələcəkdə işlə təmin etməyə də söz veririk.

Bir məqamı da qeyd edim ki, gələcəyin mütəxəssisləri mütləq ingilis dilini də yaxşı öyrənməlidirlər. Çünki hazırda istehsalat müəssisələrində istifadə olunan avadanlıqıarın əksəriyyəti Qərb ölkələrinin istehsalıdır və onların təlimatları, komanda və proqramları ingilis dilindədir.

Bütün gənclərə gələcək karyeralarında uğurlar arzu edirəm. Onlara bir daha demək istəyirəm ki, sadəcə diplom sahibi olmağa yox, dövrün tələblərinə cavab verən yaxşı mütəxəssis olmağa çalışsınlar".

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...