tehsil_xeberleri_metn 700 bal vacib deyil: Təhsildə nə dəyişməlidir - TƏKLİFLƏR

700 bal vacib deyil: Təhsildə nə dəyişməlidir - TƏKLİFLƏR

700 bal vacib deyil: Təhsildə nə dəyişməlidir - TƏKLİFLƏR

Martın 2-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna start verilib.Əri­zələrin qəbulu iki mərhələdə (V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılır. Birinci mərhələsi martın 15-dək baş tutacaq.

Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda 48841 nəfər(o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 23044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bəs bu il gözləntilər necədir? Hansı dəyişikliklər olacaq?

Mövzu ilə bağlıModern.az-adanışan təhsil ekspertiNadir İsrafilovbildirib ki, hər il qəbul imtahanı ilə əlaqədarmənasız yerəajiotaj yaradılır: “Qəbul prosesi hər il olur. Bu, artıq adi haldır. Lakin bu məsələ ətrafında həmişə müzakirələr aparılır. Əlavə nəyəsəehtiyac yoxdur”.

Onun sözlərinə görə, təhsilə baxışımız dəyişməlidir: “Müzakirə olunan mövzuların başında bu il 700 bal yığanın olmaması, filan qədər məzununmüəyyən bal arası nəticə göstərməsi gəlir. Beləfikir var ki,700 bal toplayan yoxdursa, deməli, təhsilin keyfiyyəti aşağı düşüb. Məsələ ondan ibarətdir ki,bizim elə qəbul illərimiz olub ki, heç 700 bal toplayan olmayıb.Növbəti ildəisə 22 nəfər 700 bal toplayıb. Bu baxımdan toplananbal vətələbə qəbulunun nəticələri ilətəhsilin keyfiyyətinə qiymət vermək düzgün mövqe deyil. Təhsilin keyfiyyəti anlayışı tamam başqa şeydir.Kiminsə topladığı balla təhsilin keyfiyyətinə qiymət vermək düzgün mövqe sayılmır. Misal üçün 600-700balla qəbul olunanlar arasında semestrimtahanlarındakəsilənlər, zəif nəticə göstərənlər olub. Test elə bir məsələdir ki, tələbə bu il 700 bal toplaya bilər. Növbəti il imtahana cəlb olunsa, 500 toplaya bilər.

Bu saattestlə bağlı müzakirələrin getməsi əbəs yerə deyil. Biz kurikulum sistemini qəbul etmişik. Ənənəvi təhsil proqramları bilikyönümlü idi.Kurikulumda isə təhsil proqramları şəxsiyyətyönümlüdür. Səriştəyəəsaslanır. Bununla belə biz yenə də təhsilibiliklə qiymətləndiririk.Bu qədər məzun 700 bal, bu qədərtələbə 0 bal yığdı və sair deyirik. Güman edilir ki, orta ümumitəhsil məktəbinin vəzifəsi ali məktəbətələbə yetişdirməkdir. Ancaq bu heç bir rəsmi sənəddə öz əksini tapmayıb.Məktəbin vəzifəsiöz yetirmələrinimüəyyən bilikməcmusuilə silahlandırmaq deyil. Bizim təhsilimizinəsas vəzifələrindən biri hərtərəfliahənglə inkişaf etmiş şəxsiyyət yetişdirməkdir. Yoxsa "ötən il bu qədər abituriyent 700 bal yığmışdı, bu il bu qədər aşağı düşdü, bununla da təhsilin keyfiyyəti aşağı düşdü, təhsil dağıldı, batdı kimi" təhlillərə ehtiyac yoxdur. Təhsillə bağlı yanaşmalar dəyişilməlidir. Baxış tərzimiz dəyişməlidir.Bu il belə olar, gələn il başqa cür. Bunu təhsildəki inkişafınsürətinin aşağı düşməsi ilə əlaqələndirmək düzgün deyil".

N.İsrafilov qaydalardakıdəyişikliklərin, cəmiyyətdə gedən proseslərin qəbul imtahanlarının nəticələrinətəsir göstərdiyini bildirib:

"1991-ci ilə qədər imtahanlaryazılı və şifahi formada olub.1992-ci ildə test üsulu tətbiq edildi. Nə qədər fərq əmələ gəldi. Daha sonra biz ali məktəblərdə yazılı imtahanlar keçirməyə başladıq. Bu, tələbələrin etirazına səbəb oldu. 9-cu sinifinimtahanlarına esse salmışdıq. Ancaq bu da bir-iki il çəkmədi, yığışdırıldı. Çünki onlar inşa, imla, ifadə yazmamışdılar. Birdən-birə esse tələbi şübhəsiz ki, keyfiyyətə təsir göstərdi. Əvvəl qapalı testlər olurdu. İndi açıq testlərin sayını artırırıq.Axı, məzunda açıq testlərə adaptasiya yoxdur. Ona görə də, dəyişiklik bilik keyfiyyətinə təsir edir.Bir sözlə, təhsildə sistem oturuşmalıdır. Təhsilin keyfiyyətində aşağı düşmələri, enmələri nəzərə alıb, o sahədən qayıtmalı deyilik.Təhsili eksperiment mövqeyinə çevirməməliyik. Belə üsul tətbiq etdik, nəticə aşağı oldu, bunu aradan qaldıraq deməməliyik. Əgər məqsəd qoyulubsa, onun ardınca getməliyik. Ancaq biz bir il çətin suallar salıb görürük ki, qəbul yerləri boş qalır, dərhal yerləri doldurmaq üçün asanlaşdırmalar aparırıq. Bu cür gedişlər təhsilin keyfiyyətinə istər-istəməz təsir edir.Ona görə də keçən il belə idi, bu il belə oldu deyə polemikalara keçməyimizəhəmiyyətsizdir. 30 il keçməsinə baxmayaraq, biz hələ də təhsildə keçid dövrünü yaşayırıq. Biz 70 il sovet sistemində olmuşuq, indi də Qərbə inteqrasiya edirik. İnteqrasiya həm uğurlu, həm dəuğursuz alınır.Baloniya və kurikuluma keçiddə nə qədər mübahisələr oldu. Bunlar tam oturuşana qədərkeyfiyyət aşağı düşə bilər. Bundannarahatlıqkeçirib, təhsil haqqında ümumi fikir irəli sürmək düzgün deyil”.

Professor, təhsil üzrə mütəxəssisŞahlar Əsgərovisə qəbulda heç bir yeniliyin gözlənilmədiyini söyləyib:

“Qəbul prosesi hər il necədirsə, bu il də belə olacaq. Nə demək olar. 30 il mən cəmiyyətə öz konsepsiyamı irəli sürdüm. Cəmiyyət bunu qəbul etmədi. Ona görə də, bu haqda mən danışmaq istəmirəm”.

O, testlə bağlı aparılan müzakirələrə də münasibət bildirib:“Test imtahanı ilə bağlı məsələ elmidir. Bunuelmi mühitdə müzakirə etmək olar. Bu publisistik məsələ deyil.Testin üstünlüyü də, qüsuru da var.İndi nə zaman güzəştə getmək lazım olduğuna baxmaq lazımdır.Azərbaycan elə vəziyyətdir ki, qəbul imtahanına ehtiyac yoxdur. Orta məktəbin yekun imtahanı ilə qəbul imtahanı birləşməlidir. Bunu sovet dövründəetmək olmazdı. Bugünkü Azərbaycanda mümkündür. Çünki 100 nəfərdən60-70-niölkə oxuda bilir. Əgər 100 nəfərdən60-70-i oxusa, yetərlidir. Gənclər ali təhsilə meyillidir. Psixoloji cəhətdən, əqli cəhətdən zəif olanların ali məktəbə ehtiyacı yoxdur. Onlara sənəd də bəs edər. Onlarıçıxanda ali məktəbdə yerlərin sayı tələbənin sayı qədərdir. İmtahan götürməyi əhəmiyyətli hesab etmirəm. Ali məktəbə giriş qapısında yox, çıxış qapısında imtahan götürmək lazımdır.Bununla da güclü həkim, hüquqdiplomu vermək mümkün olacaq".

Turqay Musayev

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması”mövzusunda dərc olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...