700 bal toplayanların arasında “saxta” yolla bal yığanlar var? (Ehtimal)

700 bal toplayanların arasında “saxta” yolla bal yığanlar var? (Ehtimal)

Bu il Azərbaycanda keçirilən qəbul imtahanlarında 15 abituriyent maksimum nəticə göstərərək 700 bal toplayıb. Son 6 ilin statistikasına nəzər salanda, bu, ölkəmizdə ən yüksək göstəricidir.

İmtahan nəticələri elan olunduqdan sonra ilginc məlumatlar gəzib-dolaşır. Belə ki, sosial şəbəkələrdə aparılan ciddi müzakirələrdə bir çoxları iddia edir ki, 700 bal toplamaqla rekorda imza atan abituriyentlərin qazandığı uğurda şübhəli məqamlar var.

700 bal toplayanların arasında “saxta” yolla bal yığanlar var? (Ehtimal) - 2

Buna səbəb kimi 700 bal toplayan 7 abituriyentin eyni repetitor yanına getməsi göstərilir. Sosial şəbəkə üzvləri hesab edir ki, həmin şagirdlərin repetitorları qəbul imtahanlarına test suallarını hazırlayan müəllimlər olub. Bundan istifadə edən şagirdlər test suallarının cavablarını müəllimlərdən satın alıblar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cəmiyyətdə ciddi rezonans doğuracaq bu iddialara aydınlıq gətirib.
Komissiyadan bildirilib ki, bu, tamamilə cəfəngiyyat və həqiqətə uyğun olmayan iddiadır.
"Gedin, o uşaqların məktəbinə, evinə araşdırın. Bunlar çox ucuz və mənasız söhbətlərdir. İmtahanlar tam şəffaf keçirilib. Ümumiyyətlə imtahan suallarının kiminsə qabaqcadan bilməsi mümkünsüzdür”-deyə bildirilər.
Qeyd edək ki, son 6 ilin statistikasına görə, 2014-cü ildə 9 nəfər 700 bal toplayıb. 2013-cü ildə rekord nəticə göstərən abituriyentlərin sayı azalıb. Belə ki, həmin tədris ilində yalnız 6 nəfər 700 bal toplayıb. 2012-ci ildə rekord nəticə göstərənlərin sayı 5 olub. 2011-ci ildə isə TQDK-nın suallarının hamısına yalnız 4 nəfərə cavab verə bilib. 2010-cu ildə isə 7 nəfər rekord nəticə göstərib. (azvision.az)

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......