10 kitab müəllifi, jurnalist olmaq istəməyən qaraçantalı qız - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

10 kitab müəllifi, jurnalist olmaq istəməyən qaraçantalı qız - UNUDULAN MƏTBUAT KATİBLƏRİ - 1

Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi.

Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.azdövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:

Layihəmizdə bu gün Bakı Dövlət Universitetinin sabiq mətbuat katibi Pərvanə İbrahimovadan bəhs edəcəyik.

Pərvanə İbrahimova 3 avqust 1977-ci ildə Amasiya rayonunun Qaraçanta kəndində doğulub.

O, Gəncədə 24 saylı orta məktəbdə oxuyub. Pərvanə İbrahimova 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq jurnalistika ixtisasını bitirib. Daha sonra isə həmin universitetdə magistratura təhsili alıb.

O, təhsilini bitirdikdən sonra müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib. 2000-2010-cu illərdə isə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsində mütəxəssis vəzifəsində çalışıb. Sonra isə universitetin Beynəlxalq jurnalistika kafedrasında saathesabı dərslər aparıb, müəllim kimi fəaliyyət göstərib.

Sabiq mətbuat katibi 2010-cu ildə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri təyin edilib. 2020-ci ildə bu vəzifəsindən ayrılan İbrahimovanın sosial şəbəkələrdə son statusu belə olub:

“Həyatım 1994-cü ildən BDU ilə bağlanıb. Bakalavr, magistratura, doktorantura pillələri, 20 illik mətbuat xidməti işi və pedaqoji fəaliyyət. İşimdən zövq almışam, jurnalistlərlə operativ əməkdaşlığa üstünlük vermişəm, qeyri-iş günləri və saatlarında belə sualları cavabsız buraxmamışam, insanlar arasında fərq qoymamışam, ictimaiyyətlə əlaqələr işinin nəzəriyyəsinin təcrübədə tətbiqinə əməl etməyə çalışmışam”.

Pərvanə İbrahimova müsahibələrinin birində jurnalistikaya gəlməsi ilə bağlı maraqlı faktları açıqlayıb.

“Jurnalist olmaq istəyim və niyyətim olmayıb. Bu haqda heç düşünməmişəm də. Bir vaxtlar jurnalistikaya həvəsi olmayan bir xanım, bu gün onun içində özünü çox xoşbəxt hiss edir.

1994-cü il idi. Qəbul imtahanlarına az qalmışdı. Tarix fənnindən hazırlıq müəllimim Hüseyn müəllim mənə dedi ki, universitetin tarix fakültəsinə qəbul olacağına adım kimi əminəm, əks halda əllərimi biləkdən kəsərəm. Bəlkə də bu bir stimul idi. Çünki ailə vəziyyətimizlə əlaqədar başqa fənlərdən müəllim yanına gedə bilməmişdim. Müəllimimin məni tarixçi, qardaşımın isə filosof kimi görmək istəməsinə baxmayaraq, mən jurnalist oldum”

Bəs, necə oldu ki, mətbuat katibi seçildiniz sualına isə o belə cavab verib:

“2000-ci ilin yay ayları idi. Redaktorumuz tərəfindən BDU-nun rektoru Abel Məhərrəmovla müsahibəyə göndərildim. Həmin vaxt Mətbuat və informasiya şöbəsinə rəhbərlik edən Aynur xanım universitetin 80 illik yubileyinə hazırlaşdığını və yubileylə bağlı material hazırlamağı məsləhət bildi. Mən də “Universitet 80 ilik yubileyinə hazırlaşır” başlığı altında yazı hazırladım və o çap olundu. Bir gün Aynur xanım zəng vurdu ki, mətbuat konfransı təşkil etmişik, istəsəniz qatıla bilərsiniz. Həmin vaxt Abel müəllim yazımı bəyəndiyini dedi. Bəlkə də həmin yazının rektorumuz tərəfindən bəyənilməsi, üstəlik, həm bakalavr, həm də magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmağım universitetdə qalmağıma kömək elədi”.

O, 20-dək elmi məqalə, 10 kitab və 200-dək publisistik məqalənin müəllifi və tərtibçi-müəllifidir. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir. Hazırda da Bakı Dövlət Universitetinin dosentidir. Ailəlidir, 3 övladı var.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...