Reklam alanı

TQDK saxtakarlıq haqqında xəbər verdi

Elanlar

TQDK saxtakarlıq haqqında xəbər verdi

20.09.2025
234 baxış
TQDK saxtakarlıq haqqında xəbər verdi

"Son vaxtlar müəyyən qüvvələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınınmüxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və test toplularını qeyri-qanuni yolla çap etdirərək Bakı şəhərində, ölkənin digər şəhər və rayonlarında satışını təşkil etməkdə fəallaşıblar". Bu barədə SİA-ya TQDK-dan bildirilib.

Məlumata görə, saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir: "Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır".

Reklam alanı