Reklam alanı

On iki nəfər TOEFL iBT imtahanı verib

Təhsil xəbərləri

On iki nəfər TOEFL iBT imtahanı verib

20.09.2025
126 baxış
On iki nəfər TOEFL iBT imtahanı verib

Dövlət İmtahan Mərkəzində növbəti TOEFL iBT imtahanları keçirilib. Martın 5-6-da keçirilən imtahanlarda ümumilikdə 12 nəfər iştirak edib.

AzEdu.azxəbər verir ki, imtahan Mərkəzin Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin edilib.

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının martın 26-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytında verilmiş linkdən əldə etmək olar.

Reklam alanı