Reklam alanı

Moskvada Azərbaycan dili üzrə imla aksiyası keçirilib

Sosial

Moskvada Azərbaycan dili üzrə imla aksiyası keçirilib

20.09.2025
157 baxış
Moskvada Azərbaycan dili üzrə imla aksiyası keçirilib


Rusiya Azəbaycanlı Gənclər Birliyinin (AMOR) təşəbbüsü, MDB və Yaxın Şərq ölkələrinin dilləri və mədəniyyətləri kafedrası, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin dəstəyi ilə Moskva Dövlət Dilçilik Universitetində “Azərbaycan dili üzrə imla” adlı təhsil aksiyası təşkil edilib.

“Report”un Rusiya müxbiri xəbər verir ki, aksiyanın məqsədi Azərbaycan dilinin öyrənilməsi, qorunub saxlanması və məşhurlaşdırılması, həmçinin bu dildədüzgünyazı mədəniyyətinə diqqətin cəlb edilməsidir.

Müsabiqənin qalibləri və mükafatçıları kitab mağazasına hədiyyə sertifikatları ilə mükafatılandırılıb. Tədbirin sonunda iştirakçılara fərmanlar və milli şirniyyatlar verilib.

Reklam alanı