Reklam alanı

Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinatlar olub

Təhsil xəbərləri

Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinatlar olub

20.09.2025
254 baxış
Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinatlar olub

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Şahbazov Rabil Ələsgər oğlu Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.

"Report"un məlumatına görə, bu vəzifəyədək Rabil Şahbazov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəssisələrlə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

Elm və təhsil naziri Emin Əmrullayevin digər müvafiq əmri ilə Hüseynov Rahim Sabbar oğlu Mil-Muğan Regional Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektorunun müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Rahim Hüseynov yeni təyinata qədər Mil-Muğan Regional Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışıb.

Reklam alanı