Reklam alanı

Kolleclərin boş qalan yerlərinə qeydiyyat başlanır

Abituriyentlərə aid

Kolleclərin boş qalan yerlərinə qeydiyyat başlanır

20.09.2025
92 baxış
Kolleclərin boş qalan yerlərinə qeydiyyat başlanır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boşqalan plan yerlərinə qəbul olunanlar 2017 ci ilsentyabrın 6-dan 13 dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.
Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir.
Milli.Az

Reklam alanı