Reklam alanı

"Huma quşu" Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib

Sosial

"Huma quşu" Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib

20.09.2025
87 baxış
Huma quşu

ADA Universiteti va "Huma quşu" Təhsilə Yardım Fondunun birgə təqdimat mərasimi keçirilib.

"Report"xəbər verir ki, tədbirdə ADA-nın və diplomatik qurumların nümayəndələri, xaricdə yaşayan soydaşlarımız, eləcə də jurnalistlər iştirak ediblər.

Xatırladılıb ki, fond Qırmızı Xaç Komitəsinin əməkdaşı, həmin Komitənin xətti ilə Kolumbiyanin Medelin şəhərində çalışdığı zaman faciəli şəkildə hayatını itirən Humay Vilayət qızı Quliyevanın xatirəsini yaşatmaq va humanitar faaliyyətini davam etdirmək məqsədi ilə yaradılıb.

Eyni zamanda, H.Quliyeva haqqında çəkilmiş, dostlarının və həmkarlarının xatirələrinin yer aldığı sənədli film nümayiş etdirilib.

Tədbirdə bir sıra tələbəyə təqaüd ayrıldığı da vurğulanıb.

Reklam alanı