Reklam alanı

Azərbaycanda dərs ilinin müddəti uzadılacaqmı?

Təhsil xəbərləri

Azərbaycanda dərs ilinin müddəti uzadılacaqmı?

20.09.2025
74 baxış
Azərbaycanda dərs ilinin müddəti uzadılacaqmı?

Azərbaycanda dərs müddətinin bitmə vaxtı açıqlanıb. Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 13 yanvar 2011-ci tarixli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır. Hazırda həmin qərar qüvvədədir.
Təhsil Nazirliyi dərs ilinin uzadılmasını, şagirdlərin tətil günlərini, dərs bölgüsünün düzgün bölüşdürülməsini özündə əks etdirən təkliflər paketini hökumətə təqdim edib. Lent.az-ın əldə etdiyi məlumata görə, hökumət nazirliyin təklifinə hələlik cavab verməyib.

Reklam alanı