Tələbərlər bayrama pulsuz getdilər

Tələbərlər bayrama pulsuz getdilər

Azərbaycanda tələbələrintəqaüdlərinin verilməsi gecikdirilir.

Milli.Az xəbər verir ki, qarşıdan gələn bayram ilə əlaqədar Azərbaycanda təqaüdlərini ala bilməyən tələbələr narahatlıqhissi keçirirlər.

Saytımıza müraciət edən tələbələr bildirirlər ki, ayın 18-nə kimi keçirilməsi nəzərdə tutulan təqaüdlər, hələ də, hesaba oturulmayıb. Tələbələrin sözlərinə görə, bir müddət əvvəl Təhsil Nazirliyindən açıqlama verilmişdir ki, mart ayının ortalarında pullar hesaba yatırılacaq.Ancaq qeyd olunan gündən xeyli vaxt keçsə də, əməliyyat yerinə yetirilməyib.

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, bu cür maliyyə işlərinin bir az uzun çəkdiyinə görəpullar hesaba oturulmayıb. Yaxın bir vaxtda tələbələr öz təqaüdlərini ala biləcəklər.

"Təhsil Nazirliyi artıq bütün işləri görüb. Sadəcə, bayram ərəfəsində pul əməliyyatlarının çox olduğuna görə işlər gecikib.

Pullar artıq təqaüd kartlarına yatırılmaq üçün göndərilib. Yaxın bir vaxtda tələbələr öz pullarını ala biləcəklər".

Ceyhun Ələkbərov
Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) qəbul olmaq istəyən 115 min 245 abituriyent ərizə verib. Bununla bağlı "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

"Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali təhsilə qəbuldan 3 dəfə azdır. Ölkəyə inkişaf istiqamətlərinə uyğun zəruri peşələrə malik ixtisaslı işçilər tələb edilir"....