tehsil_xeberleri_metn Sınaq imtahanına bu mövzulardan suallar DÜŞMƏYƏCƏK - Təhsil xəbərləri

Sınaq imtahanına bu mövzulardan suallar DÜŞMƏYƏCƏK

Sınaq imtahanına bu mövzulardan suallar DÜŞMƏYƏCƏK

Dövlət İmtahan Mərkəzi oktyabrın 28-də 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları (kurikulum) üzrə sınaq imtahanı keçirəcək.

Hazırda hər kəsi maraqlandıran əsas məsələ sınaq imtahanına düşəcək mövzularla bağlıdır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sınaq imtahanlarının mövzuları ictimaiyyətə elan olunmayacaq.

FaktXeber.com AzEdu.az-a istinadla, abituriyentlərin narahatlığını nəzərə alaraq, bəzi fənlər üzrə qəbul proqramından çıxarılan və bu səbəbdən də sınaq imtahanında öz əksini tapmayacaq mövzuları diqqətə çatdırır.

Sınaq imtahanının mövzuları bütün fənlər üzrə V-XI sinif dərsliklərini əhatə edəcək. İmtahanda IX sinif şagirdləri də iştirak edə biləcəklər. Buraxılış imtahanları üzrə sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulmur.

Tarix fənnindən 1945-ci ildən sonrakı dövrləri əhatə edən Ərəb ölkələri, Koreya, Şərqi Avropa ölkələri qəbul proqramından çıxarılıb.

Azərbaycan dili fənni üzrə proqramından çıxarılan mövzular:

  • Vurğu, heca;
  • Təsirli, təsirsiz fel;
  • Əməli yazı növləri ;
  • Tabeli və tabesiz mürəkkəb cümlə;
  • Neologizmlər və dialekt sözlər ;
  • Obrazlılığın səviyyə göstəriciləri ;
  • Proqrama əlavə olunan mövzu:
  • Xülasə və tezisin yazılması.

Ədəbiyyat üzrəqəbul proqramı V-XI sinifləri əhatə edəcək. Nəzəriyyə materialları əvvəllər olduğu kimi qalır. V-XI siniflərin dərsliklərindəki son səhifədə ədəbiyyatşünaslıq terminlərindən test düşə bilər. Ədəbiyyatda əsas qəbul proqramı X -XI sinif dərslikləri üzrədir. Sözügedən fənn üzrə aşağı siniflərdən 100-ə qədər əsər seçilib proqrama əlavə ediləcək. Əsas olan proqram isə yenə də X-XI sinif dərsliklərini əhatə edəcək.

Bəzi əsərlər ixtisarla veriləcək. İmtahana da həmin qısa mətndən suallar düşəcək. Növbəti illərdə xarici ədəbiyyatdan da sualların qəbul imtahanına salınması nəzərdə tutulub. Proqrama icmal mövzuları əlavə edilib.

Qeyd edək ki,qəbul proqramında mövzular üzrə əsas dəyişiklik humanitar fənlərlə bağlıdır.

Sınaq imtahanına qeydiyyat 16 oktyabr saat 10:00-dan 22 oktyabr saat 09:00-dək aparılacaqdır.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...