tehsil_xeberleri_metn Rus bölməsi abituriyentlərinin nəzərinə - Təhsil xəbərləri

Rus bölməsi abituriyentlərinin nəzərinə

Rus bölməsi abituriyentlərinin nəzərinə

Ali təhsil müəssisələrinə və tam ( 11 illik ) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən rus bölməsinin abituriyentləri, yəni elektron ərizələrində imtahan verəcəkləri dil kimi rus dilini seçən abituriyentlər Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.

DİM-dən Milli.Az-a verilən məlumata görə, həmin abituriyentlər üçün Azərbaycan dili fənni üzrə birinci imtahan aprelin 22-də, ikinci imtahan isə iyunun 10-da keçiriləcək.

DİM nəzərə çatdırır ki, birinci Azərbaycan dili imtahanında iştirak etmək istəyən rus bölməsinin abituriyentləri mütləq 10 aprel saat 23:59-dək elektron ərizələrini təsdiq etməlidirlər (əlavə qeydiyyat tələb olunmur). Qeyd olunan tarixədək elektron ərizələrini təsdiq etməyən abituriyentlər birinci Azərbaycan dili imtahanına buraxılmayacaqlar. Yəni, 11 aprel tarixindən 30 aprel tarixinədək ərizələrini təsdiq edən rus bölməsinin abituriyentləri yalnız ikinci Azərbaycan dili imtahanında iştirak edə biləcəklər.

Aprelin 10-dək ərizələrini təsdiq edən rus bölməsinin abituriyentləri ilk imtahanda iştirak edə bilmədikləri və yaxud imtahandan "qeyri-məqbul"qiymət aldıqları halda ikinci Azərbaycan dili imtahanında iştirak etmək üçün mayın 18-dən 29-dək əlavə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən və 2017-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan "məqbul" qiymət alan rus bölməsinin abituriyentlərinin nəticələri bu il də qüvvədə qalacaq və həmin abituriyentlər bu il yenidən Azərbaycan dili fənni üzrə imtahan verməyəcəklər.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...