tehsil_xeberleri_metn Məzunların nəzərinə - YENİ qaydalar gəlir - Təhsil xəbərləri

Məzunların nəzərinə - YENİ qaydalar gəlir

Məzunların nəzərinə - YENİ qaydalar gəlir

2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.
Məlumata görə, yeni qaydalarTəhsil Nazirliyivə TQDK əməkdaşlarından ibarət işçi qrup tərəfindən işlənib hazırlanıb, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sonuncu iclasında müzakirəyə təqdim olunub, Şura üzvlərinin rəy və fikirləri nəzərə alınıb.
Beləliklə, IX sinif üzrə buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydadaana dili(Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili) vəriyaziyyatfənlərindən iki mərhələdə keçiriləcək.
Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (essesin) qiyməti nəzərə alınacaq.
İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcəkdir.
Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək.
Birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
Buraxılış imtahanında iştirak etməyən şagirdlərin biliyi qiymətləndirilmir və bu şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilmir.
Yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin qaydaları, Azərbaycan dili, rus dili və riyaziyyat fənlərindən buraxılış imtahanı proqramları, test modelləri, imtahanda V-IX siniflər üzrə yoxlanacaq məzmun standartları nəşr ediləcəkdir. Həmçinin, həmin fənlərdən IX sinif dərslik komplektləri əsasında qiymətləndirmə vəsaitləri çapa hazırlanır.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...