Komandamız 70 ölkə arasında birinci oldu - FOTO

Azərbaycanlı şagird və tələbələrdən ibarət beynəlxalq ingilis dili kursu olan “Shane Academy” komandası İstanbulda keçirilən Birləşmiş Millətlər Təşkilatının "Best Diplomats" debat yarışında 70 ölkə (ABŞ, Almaniya, İraq, Pakistan, Fransa, Nigeriya, Liviya, Ermənistan və s.) arasında birinci olub.

Publika.azxəbər verir ki, “Best Diplomats” müxtəlif ölkələrdən olan yeniyetmə və gənclərin debat aparmaq bacarıqlarını inkişaf etdirməsinə, haqlı saydıqları mövqenin qələbə qazanması üçün tutarlı arqument və dəlillər gətirməsi vərdişləri aşılayan beynəlxalq yarışdır.

Fevralın 24-26 tarixlərində İstanbulda keçirilən beynəlxalq yarışda 10 nəfərdən ibarət heyətlə iştirak edən Azərbaycan komandasının hər bir üzvü ayrı-ayrılıqda digər ölkələrdən olan yarışmaçılarla debatda qalib gələrək özlərinin dərin ingilis dili bacarıqları ilə yanaşı, yüksək səviyyədə debat aparmaq qabiliyyətlərini də nümayiş etdirib. Azərbaycanlı yarışmaçıların beynəlxalq miqyaslı layihə və yarışlarda əldə etdiyi bu uğur daha bir beynəlxalq platformada Azərbaycanın adının ucaldılmasına xidmət edir.

  • Paylaşmağı unutma

Səhr yaz

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə...

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb...

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, ...

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına - günəş enerjisini artıran reaksiyaya ...