tehsil_xeberleri_metn Öz fənnindən “2” alan müəllimlərin aqibəti həll olundumu?

Öz fənnindən “2” alan müəllimlərin aqibəti həll olundumu?

Öz fənnindən “2” alan müəllimlərin aqibəti həll olundumu?

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” 13 nömrəli Sərəncamından sonra bu istiqamətdə həyata keçirilən islahatların miqyası genişləndirilib.
Ölkədə təhsilin keyfiyyətinin artırılması və sürətli yüksəlişinə nail olmaqdan ötrü Dövlət Strategiyasında nəzərdə tutulan istiqamətlər üzrə ciddi islahatlara başlanılıb. Təhsil üzrə müəyyən edilən 5 başlıca strateji istiqamətdən biri - təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması və müasir təlim metodlarından istifadə edən yeni təhsilverənlərin formalaşdırılması prosesini ləngidən səbəblərin aradan qaldırılmasına yönələn ciddi addımlar atılıb.
2014-cü ildən başlayaraq ölkəmizdə həyata keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsi məhz həmin addımlardan biridir.

Müəllimlərin səviyyəsi üzrə ümumi mənzərə
Ölkəmizdə 2 ildir davam edən proses artıq yekunlaşmaq üzrədir. Son mərhələdə - Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yerləşən məcburi köçkün rayonlarının məktəblərində çalışan 5000-ə yaxın müəllimin qiymətləndirilməsi həyata keçirilir. İmtahanlara qeyd edilən rayonlarla yanaşı, əvvəlki illərdə müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən namizədlər də cəlb olunublar.
Proses tamamilə başa çatdıqdan sonra müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri ilə bağlı konkret rəqəmlər əsasında danışmaq mümkündür. Lakin indidən ümumi mənzərə aydınlaşıb. İlkin hesablamalar müəllimlərin bir qisminin qiymətləndirmədə nəinki yeni təhsil proqramlarının tətbiqi, hətta öz ixtisası üzrə də ürəkaçan nəticələr əldə etmədiyini deməyə əsas verir. Bu sahədə ciddi müşahidə, sorğu və təhlilləri olan “Təhsil xidmətləri” Mərkəzinin rəhbəri Kamran Əsədovu müəllimlərin xüsusən ixtisas fənnindən göstərdiyi nəticələr təəccübləndirib: “Xoş olmayan nəticədir ki, qiymətləndirmədə iştirak edən müəllimlərin 30 faizi ixtisas fənnindən minimum nəticə göstərib. İmtahanda təqdim olunan 40-ı ixtisas, 20-si isə kurikulumdan olmaqla, cəmi 60 suala verilən cavablar kifayət qədər aşağıdır. Xüsusən, ixtisasa aid 40 sualdan 4-5-nə cavab vermək keçid balını toplamaq deməkdir. Buna baxmayaraq, həmin minimum cavabı belə verə bilməyən müəllimlərin olması heç də yaxşı hal deyil”.
Ekspertin qənaətinə görə, diaqnostik qiymətləndirmədə uğurlu nəticə göstərənlərin faizi çox aşağıdır:“Prosesin əvvəllərində belə məlumatlar daxil olurdu ki, yüksək səviyyədə nəticə göstərən müəllimlər ümumi müəllimlərin 18 faizini, yaxşı nəticə göstərənlər 57 faiz təşkil edib. Qalanı isə ixtisası üzrə sadə sualların 50 faizinə belə cavab verə bilməyənlərdir. Lakin indi ümumi qənaətimiz belədir ki, yüksək nəticə göstərənlərin faizi bundan da aşağıdır”.

Məzunların səviyyəsinin aşağı olmasının səbəbi bəlli oldu
K.Əsədov müəllimlərin keyfiyyət göstəricilərindən birbaşa asılı olan məqamlara diqqət çəkib:“Təsəvvür edin ki, ixtisas fənnindən minimum biliyə malik olmayan müəllim dərsdə necə maksimum nəticə göstərə bilər? 2016-cı ilin buraxılış imtahanlarında IX və XI sinif şagirdləri arasında 35 min nəfərin ana dilindən “2” almasını müzakirə edirik. Ancaq bilməliyik ki, şagirdlərin bu nəticəni göstərməsi tamamilə normaldır. Axı onların müəllimləri də bu biliyə malikdir. Müəllim nə öyrədibsə, şagird də onu ortaya qoyur”.
Təhsil üzrə ekspert daha bir maraqlı məqama diqqət çəkib. Onun fikrincə, abituriyentlərin verdiyi imtahanlara salınan suallar müəllimlərin qiymətləndirilməsi məqsədi ilə istifadə edilənlərdən daha çətindir:“Nəzərə almaq lazımdır ki, diaqnostik qiymətləndirmədə istifadə olunan suallar Dövlət İmtahan Mərkəzinin buraxılış və qəbul imtahanlarında tərtib etdiyi tapşırıqlardan daha asandır. Bir maraqlı faktı qeyd edim. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi tədbirlərdən birində qeyd edildi ki, Azərbaycan dili fənni üzrə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarını müəllimlərə veriblər. Müəllimlərin 70 faizi həmin sualları cavablandıra bilməyib”.
Kim, nə təklif edir?
Beləliklə, mənzərə göz önündədir. Müəllimlərin bir qismi nəinki müasir təhsilin tələb etdiyi parametrlər üzrə, illərdir ki, dərs dediyi ixtisas üzrə də minimum biliyə malik deyillər. Eyni cəmiyyətin üzvü olan hər kəs həmin müəllimlərin fəaliyyətinin nəticəsini hiss edir. Çünki onlar yetişməkdə olan nəsillə birbaşa əlaqədədir. Demək ki, onların fəaliyyəti hər birimizi maraqlandırmalıdır. Məktəbə uşaq göndərən valideyn qədər gələcəyini məhz təhsilin keyfiyyətində axtaran vətəndaş da narahatdır. Olmalıdır da. Axı, söhbət bütün ölkə üzrə müəllimlərin böyük bir qismindən gedir. Hansı ki, həmin müəllimlər hər birimizin gələcəyinə təsir göstərir. Bəs, hansı tədbirlər görülməlidir? Təhsil Nazirliyi daha sərt addımlar atmalıdırmı? Ən əsası, biz yetişdirdiyimiz nəslin gələcəyini, inkişafını kimlərin əlinə təslim etmək istəyirik?
K.Əsədov belə müəllimlərin onun övladına dərs deməsinin qəti əleyhinədir:“50 faizdən aşağı nəticə göstərən müəllimlər təhsil müəssisəsindən uzaqlaşdırılmalıdır. Mən istəmərəm ki, övladıma öz ixtisasından minimum bilikləri belə olmayan şəxs dərs desin”.
K.Əsədovun vətəndaş, təhsil eksperti və valideyn olaraq təklif etdiyi çıxış yolları isə sərtdir: “Azərbaycan dili, xarici dil, ibtidai sinif, tarix, coğrafiya, riyaziyyat müəllimlərinin nəticələri 20 faizdən aşağıdırsa, onları təkmilləşmə kurslarına cəlb etməyə ehtiyac yoxdur. Onlar işdən birbaşa azad edilməlidir. Əmək Məcəlləsinin tələbinə uyğun olaraq, həmin müəllimlərlə əmək müqaviləsinə xitam verilməli, yerləri vakansiyaya çıxarılmalıdır. Onların yerini daha dinamik, daha perspektivli müəllimlər tutmalıdır. Bu, sosial ədalətin bərpa olunması baxımından da önəmlidir. Arzulayırlarsa, yenidən imtahana qatılaraq yüksək nəticə göstərib həmin yeri yenidən qazansınlar. Hesab edirəm ki, diaqnostik qiymətləndirmədə minimum tələbləri belə ödəyə bilməyən müəllimə güzəşt etmək gələcəyimiz üçün potensial təhlükə yaratmaqdır. Ümid edirəm onlar barədə ciddi nəticələr götürüləcək”.

Diaqnostik nəticələr - əsas qiymətləndirmə aləti
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi E.Bağırov da hesab edir ki, qiymətləndirmənin nəticələri mütləq nəzərə alınmalıdır:“Həm diaqnostik qiymətləndirmənin keçirilməsi qaydaları ilə bağlı təşkil edilən tədbirlərdə, həm nazirlik əməkdaşlarının yerli təhsili idarəetmə orqanlarında görüşlərində səsləndirdiyimiz tövsiyə və tapşırıqlarda qeyd edirik ki, diaqnostik qiymətləndirmənin nəticələri müəssisə rəhbərlərinin əlində əsas qiymətləndirmə aləti olmalıdır. Dərs bölgüsü aparanda, mükafatlandırma tədbirlərində həmin nəticəni göz önündə tutmalıdır. Təbii ki, yüksək nəticə göstərənlər aşağı nəticə əldə edənlərlə müqayisədə daha çox dərs yükü ilə təmin olunmalıdır. Bu da müəllimin sosial rifahına təsir edən amillərdən biridir”.
E.Bağırov da bu qənaətdədir ki, minimum balı toplaya bilməyən müəllimlərin dərs yükü azaldılmalı və onlar tədris prosesindən uzaqlaşdırılmalıdır:“Qiymətləndirmənin nəticələri göstərir ki, keçid balından aşağı, minimum bal toplayan müəllimlərin sayı az deyil. 10 baldan aşağı nəticə göstərənlər elə bir kateqoriyada olan müəllimlərdir ki, onların səviyyəsinin yüksəldilməsinə təlimlərlə də nail olmaq mümkün deyil. Odur ki, həmin müəllimlərin dərs yükünün minimuma endirilməsinin, hətta tamamilə azad olunmalarının tərəfdarıyıq”. (muallim.edu.az)
Qeyd:Diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlərin ixtisarı ilə bağlı yayılan məlumatlara münasibət bildirən nazir müavini Mətin Eynullayev bildirib ki, hazırda təhsil sistemində hər hansı ixtisar məsələsi yoxdur:"Kütləvi informasiya vasitələri üçün keçirilən brifinqdə əslində medianın diqqətinə çatdırılan əsas məsələ müəllimlik fəaliyyətinə yüksək potensiala malik olan kadrların cəlb edilməsi fikrinin çatdırılmasıdır. Brifinqdə nazirlik əməkdaşları yanlış fikir söyləməklə düzgün ifadə seçməyib və bununla da mediada əslində mahiyyəti tam fərqli olan məlumatlar yer alıb."

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...