TQDK özündən yeni məntiq növü kəşf edib – EXPERTİN fikri

TQDK özündən yeni məntiq növü kəşf edib – EXPERTİN fikri

Magistratura pilləsinəqəbul imtahanınınbirinci mərhələsi üçün keçirilən qəbul imtahanlarından 3 gün keçsə dəbu məsələ ətrafında müzakirələr hələ səngimir. ANS PRESS-in məlumatına görə, imtahan verən tələbələr bu ilməntiqdən olan test tapşırıqlarından narazıdırlar. Onlar sualların həddindən artıq çətin olduğunu düşünürlər.

"Sınaqda 80 bal yığanlar imtahanda keçib balını belə toplaya bilməyiblər".

Qəbul imtahanlarında iştirak edən Aliyə Əliyeva adlı tələbənin sözlərinə görə,çox çətin suallarla qarşı-qarşıya qalıb: “İmtahandan əvvəl sınaqlarda iştirak etmişəm. Sınaqlarda 75-80 bal yığdığım halda, imtahanda keçid balını belə toplaya bilmədim. Əgər belə çətin suallar salmaq fikirləri var idisə, elə sınaqlarda da belə suallar qoyardılar ki, ən azı xəbərimiz olardı”, - deyə imtahandan kəsilən tələbə xanım bildirib.
Tələbələrin sosial şəbəkələrdə bu gün nə qədər aktiv olduğunu nəzərə alsaq, müzakirələrin də çox qisminin orada getdiyini aydın şəkildə görə bilərik. Onların şikayəti isə eynidir - məntiqi təfəkkürə aid suallarhəddindən artıq mürəkkəb olub.

Sosial şəbəkələrdə bu il magistraturaya imtahan verən şəxslərin statusları

Suallardan narazı qalan tələbələrin şərhləri

Təhsil üzrə ekspert Milli Elmlər Akademiyasının elmi işçisiKamran Əsədov da tələbələrin şikayətlərində haqlı olduqlarını düşünür. Onun sözlərinə görə, martın 6-da keçirilən imtahanın sualları çox bərbad formada tərtib edilib: "Ya bizim məntiqimiz yoxdur, ya da TQDK özündən yeni məntiq kəşfedib. İmtahandakı suallara mən də baxmışam, həddindən artıq çətin suallar idi. Odur ki, 25minə yaxın imtahan verənlərdən yalnız bir nəfər 96 bal yığıb. TQDK göstərmək istəyir ki, universitetlərdə dərs keçilmir, təhsil aşağı səviyyədədir.Dünyanın heç bir yerində bu cür imtahan keçirilmir. 4 il ərzində ingilis dilini oxuyan bir tələbə nə üçün əsas fənn kimi informatikadanimtahan verməlidir? TQDK gənclərə dəstək olmaqdansa, onların yolunu bağlayır".
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK)magistratura üzrə aparıcı məsləhətçi Xanlar Xanlarzadə isə nə ekspertin fikri, nə də tələbələrin şikayətləri ilə razıdır. Odeyir ki, builki imtahandakı suallar hər il tərtib olunan suallar kimidir. “İmtahandan əvvəl texniki tapşırıq hazırlanır və bu texniki tapşırığa əsasən istifadə olunacaq asan, orta və çətin suallar müəyyən olunur. Builki imtahana 24 mindən artıq ərizə verilib. Bizim üzərimizə düşən vəzifə ərizə verənlər arasında seçim aparmaqdır. Ona görə də imtahana çətin suallar da salırıq. Bu zaman daha çox bilən ilə daha az biliklibakalavr seçilir. Kim daha biliklidirsə, daha çox suallara cavab verir".

Qurum rəsmisi düşünür ki, bütün suallarasan olsa, hamı yüksək bal toplayar və TQDK nümayəndələri seçim edə bilməzlər.
X.Xanlarzadə tələbələrin "sınaqda asan suallar verilib, imtahanda çətin" iddiası ilə də razı deyil. Onun sözlərinə görə, bakalavrların çoxu kommersiya məqsədli kursların sınaq imtahanında iştirak edirlər. Həmin kursların fəaliyyətinin isə TQDK-nın fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Çox təəssüf ki, 24 min ərizə verən tələbələrdən yalnız 1000 nəfəri TQDK-nın onlayn sınaq imtahanında iştirak edib.
Magistratura imtahanı iki mərhələdən ibarətdir. Birinci mərhələdə 100 sualı cavablandırmaq üçün tələbəyə 2 saat 30 dəqiqə vaxt verilir ki, bu da bir sualı cavablandırmaq üçün 1 dəqiqə 30 saniyə deməkdir (bu, dünya standartlarına uyğundur). Magistratura pilləsinə imtahan verənlər 4ixtisas qrupu üzrə seçim edə bilərlər. Həmin ixtisas qrupu üzrə keçid balları müxtəlifdir.

Magistratura imtahanının birinci mərhələsinin ixtisaslar üzrə keçid balları

"Magistratura imtahanından narazı qalanlar 9-11 mart tarixlərində Apellyasiya komissiyasına müraciət edə bilərlər"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2016-2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin vəAzərbaycan Milli Elmlər Akademiyasınınmagistraturalarına qəbul imtahanının 2016-cı il martın 6-da keçirilmiş birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası da yaradılıb. Bakalavr Apellyasiya komissiyasına 9-11 mart tarixlərindəsaat 10-dan 17-dək şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Qeyd edək ki, ötən il magistraturaya imtahan verən bütün bakalavrların 100 baldan orta balı 43, bu il isə 40 bal olub.

Magistraturaya imtahan verən bakalavrların 100 baldan orta balları (ötən il və bu il)
Avropa ölkələriABŞ-damagistratura imtahanı iki prinsip əsasında aparılır: 1."Pre-experience" (magistratura proqramı üzrə təcrübəsi bir ildən az olan və ya heç olmayan), 2. "Post-experience" (2-3 il təcrübəsi olan tələbələr üçün). Bir çox ölkələrdə magistraturaya daxil olmaq üçün isə lazımi sənədlərlə yanaşı, sonuncu dəfə verdiyin imtahanın nəticələri əsas götürülür, həm dəxarici ölkələrdə əsas göstəriciixtisasın üzrə olan imtahanın nəticələridir.

Göründüyü kimi, magistr olmaq arzusu ilə imtahana qatılıb narazı qalanlarla tələbələrin daha savadlı olmasını arzu edənTQDK arasında anlaşılmazlıq hələ bir müddət davam edəcək. Gələcəkdə belə hallarla qarşılaşmamaq üçün TQDK ancaq onlayn sınaq imtahanı ilə kifayətlənməməlidir. İmtahanlar həm də yazılışla olmalıdır.
Magistr olmaq arzusunda olanlar isə daha yüksək səviyyədə hazırlaşmalıdırlar.

  • Paylaşmağı unutma

Səhr yaz

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) qəbul olmaq istəyən 115 min 245 abituriyent ərizə verib. Bununla bağlı "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

"Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali təhsilə qəbuldan 3 dəfə azdır. Ölkəyə inkişaf istiqamətlərinə uyğun zəruri peşələrə malik ixtisaslı işçilər tələb edilir"....