ADPU-nun Qazax və Zaqatala filialları aqibəti həll olundu

ADPU-nun Qazax və Zaqatala filialları aqibəti həll olundu

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə sərəncam imzalayıb.
APA-nın məlumatına görə, 2016-cı il iyul ayının 1-dən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab ediləcək.
Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 3 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməli, Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin Qazax filialında və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında 2016-2017-ci tədris ilindən kadr hazırlığı aparılacaq ixtisasların siyahısını müəyyənləşdirməli və tədris prosesinin təşkili üçün zəruri tədbirlərin görülməsini təmin etməli, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi isə Bakı Dövlət Universitetinin Qazax filialına və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialına 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının keçirilməsini təmin etməlidir.

  • Paylaşmağı unutma

Səhr yaz

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) qəbul olmaq istəyən 115 min 245 abituriyent ərizə verib. Bununla bağlı "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

"Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali təhsilə qəbuldan 3 dəfə azdır. Ölkəyə inkişaf istiqamətlərinə uyğun zəruri peşələrə malik ixtisaslı işçilər tələb edilir"....

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına fevralın 11-də keçirilən qəbul imtahanının yekun nəticələrini elan edib. "Report" xəbər verir ki, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər.