ADMİU-nun 100 illiyinə həsr olunan konfrans keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) yaradılmasının 100 illiyinə həsr olunmuş “Müasir informasiya məkanında turizmin dayanıqlı inkişafı və sosial-mədəni innovasiyalar” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək.

Bu barədəAZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, mayın 26-da keçiriləcək konfransın əsas məqsədi elmin müxtəlif sahələrinin, o cümlədən turizm və sosial-mədəni xidmət sferasının müasir inkişaf tendensiyalarını araşdırmaq, tətbiq edilən innovativ texnologiyaların müqayisəli qiymətləndirilməsi məsələlərinə dair səmərəli təkliflər verməkdir.

Konfrans turizm və iqtisadiyyat, kitabxanaçılıq və informasiya fəaliyyəti, muzeyşünaslıq və arxiv işi, sosial iş və sosiologiya, sənətşünaslıq bölmələri üzrə təşkil ediləcək. Konfransın işçi dilləri Azərbaycan, rus və ingilis dilləridir.

Konfransda elmi-tədqiqat institutlarının əməkdaşları, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar iştirak edə bilər.

Məqalələrin tərtibinə qoyulan tələblər və nümunə ilə ADMİU-nun saytında tanış olmaq mümkündür.

  • Paylaşmağı unutma

Səhr yaz

Dövlət qulluğuna qəbulun nəticəsi açıqlanıb

Dövlət qulluğuna qəbulun nəticəsi açıqlanıb

Dövlət İmtahan Mərkəzi dekabrın 17-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. "Report" xəbər verir ki, Bakı şəhərində kağız daşıyıcılar vasitəsilə...

Bu il Bakıda 47 mindən çox şagird məktəbini dəyişib

Bu il Bakıda 47 mindən çox şagird məktəbini dəyişib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2023-cü ildə 47 854 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb. Bu barədə "Report"a ...